Yahoo şirkəti Facebook-a qarşı iddia qaldırdı

Yahoo şirkəti Facebook-a qarşı iddia qaldırdı
DÜNYA
11:24 19.03.2012
2119
Yahoo internet şirkəti Facebook sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldıraraq onu şirkətin patentlərini qeyri-qanuni istifadə etməkdə təqsirləndirir. Sosial şəbəkə Yahoo-nun onlayn-reklam, fərdi məlumatların mühafizəsi və məlumatların ötürülməsi sahəsində on patentləşdirilmiş texnologiyadan istifadədə ittiham edilir.

Facebook nümayəndələri bildirirlər ki, Yahoo sosial şəbəkənin ənənəvi biznes tərəfdaşıdır və Facebook internet şirkətin “təəccüb doğuran” hərəkətlərindən özünü qorumaq niyyətindədir.

Qeyd edək ki, Yahoo-nun Facebook-a qarşı iddiaları ilə bağlı ilk dəfə cari ilin fevralında məlum olub. O zaman hər iki şirkət nümayəndələri danışıqlar aparmaq üçün görüşüblər. Danışıqlarda reklamın yerləşdirilməsi, xəbərlər lentinin doldurulması, şəxsi funksiyaların və məlumatların idarə olunması texnologiyaları daxil olmaqla, Yahoo-ya məxsus 20 patentin 10-u müzakirə olunub. Yahoo-da görüş barədə ətraflı məlumat verməkdən imtina edərək sosial şəbəkə ilə məhkəmə araşdırmalarının aparılması üçün təkid edəcəklərini qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR