"Yağış hər dəfə Bakının "kosmetikasını" yuyur, bütün problemləri üzə çıxarır"

"Yağış hər dəfə Bakının "kosmetikasını" yuyur, bütün problemləri üzə çıxarır"
SOSİAL
17:47 29.09.2021
539

"Yağış hər dəfə Bakının "kosmetikasını" yuyur, bütün problemləri üzə çıxarır. Yaxşı, nə etməli?! Böyük Şəhər Bələdiyyəsinin yaradılması və seçkili Mer institutunun təsisi problemlərin həlli üçün önəmli addım ola bilər. Çünki bu gün haqlı-haqsız "söyülən", tənqid edilən Bakı Şəhəri İcra Hakimiyyəti mənasız qurumdur, şəhər təsərrüfatı tam olaraq onun əlində deyil. Yol tikintisi tam əlində deyil, qismən müdaxilə edə bilir, su-kanalizasiya sistemi "Azərsu”dan asılıdır, nəqliyyat sistemi əlində deyil, elektrik şəbəkəsi və qaz təminatı ondan asılı deyil. Bakı Şəhər İcra Hakimiyyəti torpaq və sərəncam satan orqandır, pul qazanmaq mənbəyidir, amma şəhər idarəçiliyi deyil”.

AZXEBER.COM-un xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

"Yaxşı, mer seçilsə, bütün problemlər həmən həll olunacaqmı?! Əvvəla, xeyr, olmayacaq, ikincisi də səlahiyyətlərin çərçivəsindən asılı olacaq - əsl yerliözünüidaetmə institutu kimi təsis olunsa, bütün şəhər təsərrüfatı BŞB-nə həvalə edilsə, addım-addım problemlərin həllinə doğru gedə bilərik. Amma onu da bilək ki, şəhəri sahmana salmaq fədakarlıq və milyardlarla dollar vəsait tələb olunacaq. O mənada fədakarlıq ki, bu gün şəhərin mərkəzi hissəsində eybəcər binaların sökülməsinə o evlərdə yaşayan camaat necə baxacaq?!

Mülkiyyət hüququ məsələsi necə həll olunacaq?! Şəhərin yaşanabilər hala gəlməsi üçün onlar da fədakarlıq edəcəklərmi?! Daha bir önəmli məsələ şəhərin yükünün azaldılmasıdır. Bunun üçün unikal şərait yaranıb. Biz yaxın 9 ildə, 2030-cu ilə qədər işğaldan azad edilən ərazilərə 1,5 mln. vətəndaş köçürməliyik, orada iqtisadi fürsətlər Bakıdan yaxşı olmalıdır. Bundan başqa ölkədə mütləq ikinci milyonluq şəhər yaranmalıdlr - ərazi, əhali, Qarabağ və Şərqi Zəngəzura coğrafi yaxınlıq və logistik uyğunluğa görə. Bu, Gəncə şəhəri olmalıdır.

Beləliklə, normal, işlək, qanunun aliliyi, iqtisadi azadlıqlar təmin edilmiş sistem qurmalıyıq ki, həm işğaldan azad edilən torpaqlar ölkəyə iqtisadi yük deyil də, yeni inkişaf mərhələsi üçün "driver" olsun, nəticədə də Bakının əhalisi optimal olaraq 2 milyon civarına düşsün. Yəni, bir yağış probleminə açıq göz və ağılla baxsaq, yenə də sistem dəyişikliyinə qədər gedib çıxırıq” – N.Cəfərli qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
16:41 01.07.2026
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır