Yağışa görə iclas keçirildi: Nazirlər məruzə ilə çıxış etdilər - FOTOLAR

Yağışa görə iclas keçirildi: Nazirlər məruzə ilə çıxış etdilər - FOTOLAR
SOSİAL
17:03 23.10.2024
463
Nazirlər Kabinetində son günlər intensiv yağıntının törətdiyi fəsadların aradan qaldırılması və gələcəkdə qarşısının alınması ilə bağlı iclas keçirilib.

AZXEBER.COM xəbər verir ki, oktyabrın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib.

İclasda aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Baş nazir Əli Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğuladı, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirdi.

Hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırıldı.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və başqaları yağıntının yaratdığı fəsadlar, onların ilkin məlum olan səbəbləri və aradan qaldırılması ilə bağlı məruzələrlə çıxış etdilər.

Ən təxirəsalınmaz texniki məsələlərin həlli, bütövlükdə Bakı şəhərinin infrastrukturuna dair məsələlər müzakirə edildi, müvafiq tapşırıqlar verildi. 

Baş nazir hava şəraitinin törətdiyi fəsadların nəticələrinin aradan qaldırılmasının sürətləndirilməsinə, səbəblərinin tam araşdırılaraq təhlil edilməsinə, gələcəkdə bu cür hadisələr zamanı mümkün fəsadların qarşısının alınması üçün qısamüddətli və uzunmüddətli tədbirlərin görülməsinə, müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi üçün təxirəsalınmaz addımların atılmasına dair tapşırıqlar verdi.

Həyata keçiriləcək bütün tədbirlərin keyfiyyətlə və qısa zamanda başa çatdırılmasına aidiyyəti qurumların ciddi məsuliyyət daşıdığı diqqətə çatdırıldı.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?