Yağışlı-soyuq hava nə vaxta kimi davam edəcək?

Yağışlı-soyuq hava nə vaxta kimi davam edəcək?
Bütün Xəbərlər
14:37 18.04.2013
1233
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi və rütübətli havanın üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, aprelin 18-dən 19-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 1-6, bəzi yerlərdə 8 dərəcəyədək isti olacağı gözlənilir.Əvvəlcədən xəbər verildiyi kimi aprelin 17-si gün ərzində, 18-i gecə və səhər ölkə ərazisində hava şəraiti təzadlı dəyişilmiş, əksər rayonlarda yağıntılı olmuş, dağlıq rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Altıağacda 5 sm, Daşkəsən, Gədəbəydə 2 sm, Hacıkənd, Naftalanda 1 sm təşkil edib.
OXŞAR XƏBƏRLƏR