Yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə xəbərdarlıq

Yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə xəbərdarlıq
SOSİAL
12:38 03.10.2026
131
Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

AZXEBER.COM bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

"Bu cür havada görmə məsafəsinin məhdudlaşa və yer səthinin sürüşkən ola biləcəyini nəzərə alaraq, sərnişinlərimizi platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq", - məlumatda vurğulanıb.
OXŞAR XƏBƏRLƏR