Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi, ev 24 ünvanında Natəvan Rəsulovaya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada “Yeni kolleksiya, 70% endirim” qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilmişdir. Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilmişdir. Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkarlanmışdır.