‘Yalançı vədlərlə heç vaxt cəmiyyəti aldatmaq mümkün deyil’ - Baba Vəziroğlu

SİYASƏT
14:40 10.10.2013
1674

“İlham Əliyev Azərbaycana azadlıq, rifah, əmin-amanlıq bəxş edən bir liderdi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında əməkdar incəsənət xadimi Baba Vəziroğlu söyləyib. O, Azərbaycan xalqının dünən keçirilən prezident seçkilərində çox düzgün qərar verdiyini bildirib:

“Azərbaycanın bütün dünyaya səs salan böyük iqtisadi-siyasi tərəqqisi eyni zamanda insanların beyinlərində də çox böyük təkamül yolu keçib. Və son seçkilər bunu aydın göstərdi ki, İlham Əliyev azadlıq, rifah, əmin-amanlıq bəxş edə biləcək bir liderdi. Artıq hər kəsə aydındır ki, yalançı vədlərlə heç vaxt cəmiyyəti aldadmaq mümkün deyil. İnsanlar nəyin doğru, nəyin yanlış olduğunu yaxşı bilir. Azərbaycan xalqı öz düşüncəsini və seçimini ortaya qoya bilən bir xalqdır. Bu mənada mən Azərbaycan xalqının seçiminə arxayın idim ki, onlar düzgün seçim edəcək. Elə də oldu. Bax, buna görə mən də öz səsimi layiq bildiyim yeganə namizədə - İlham Əliyevə verdim”.

Xatırladaq ki, dünən keçirilən prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev 84,59 faizləyenidən Azərbaycan Respublikasının prezidenti seçilib.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR