'Yalnız sevgi insanı qaldırar və ya endirər' - ADSIZ QONAQ

Bütün Xəbərlər
23:04 26.09.2012
1883

AZXEBER.COM informasiya portalı bu gündən etibarən yeni rubrikaya start verir. Bundan sonnra hər həftə bir nəfərdən müsahibə alınacaq. Ancaq bu müsahibələrin digərlərindən fərqi o olacaq ki, müsahibə alanı və verəni heç kim tanımayacaq. Beləliklə, adsız intervyulara start veririk...Hər şey başlanğıcdan başlayır… Sizin başlanğıcdan razısınızmı? Bəlkə başqa cür başlamağı istərdin?

Məni mən edən başıma gələnlər...Həyatda nə oldusa şükr edirəm...Başıma gələnlər mənim həyatımdır…Amma övladım dünyaya gələndə həyatım dəyişdi. Dünyaya uşaq deyil, ana olaraq baxmağa başladım…

Tarixin hansı zamanında dünyaya gəlmək və yaşamaq istərdiniz?

Fərqli dönəmlər olsa da Kleopatra və Mariya Antuanetta dönəmi...

Onlara oxşamaq istərdinizmi?

Bənzərliklər var. Amma Mariya Antuanettanın saray geyimlərini çox sevsəm də onun kimi ölmək istəmərəm. Kleopatra kimi qürurlu ölmək daha xoşdur...

Tarixdə kimə bənzəmək, kimlə dost və sevgili olmaq istərdiniz?

Tarixi dizi qəhramanlarından məni Hürrem Sultana bənzədirlər...

Bəs Siz özünüzü bənzədirsiniz?

Mən sevdiklərimi tapdalamaram. Amma sevdiklərimə görə də hər şeyə hazıram. Yalnız sevgi insanı qaldırar və ya endirər. Ən böyük güc sevgi gücüdür.

Hürremin yanında olsaydınız qulağına nə pıçıldardınız?

Deyərdim ki, “Dünya nə sənə, nə də Süleymana qalmayacaq. Hirsini boğ, pozitiv ol. Gərəksiz hirs insanı gözdən salar, yox edər”

Sultan Süleymanınız oldu mu?

Olmadı. Amma öz aləmimin sultanı oldu…

Aləmlərin sultanı kimdir bəs?

Allah...

Bu anda Allahdan ən böyük arzunuz?

Gələcək həyatım bundan daha əksik olmasın. Bəzən düşünürəm ki, bütün həyatım uğurlu keçdiyinə görə nə zamansa DUR deyilə bilər. Amma istəmirəm DUR deyilsin.

Həyatda ən çox önəm verdiyiniz insan?

Allahdan sonra mənim üçün övladımdır. Övladım ən yaxın dostumdur.

Övladınız birini sevəndə, onun sevdiyi insanı qısqanmayacaqsınız?

Sevdiyini bilməyim mənim üçün normaldır. OK deyərəm. Amma sevgilisini ən incə detallara qədər araşdıraram. Hətta DNA testinə qədər... Hər şeyi onun haqqında bilməliyəm...

Həyatda nəyi və ya kimi anlamırsınız?

Narkotik istifadəçilərini anlamıram. Həyatın dadını uyuşturucusuz anlamağı bacarmalıyıq. Məsələn bu gün mənim üçün çox özəldir. Heç bir uyuçturucu məsələn bu günkü günümdən daha çox ləzzət verə bilməz...

Sizin gözlər nələr gördü?

Nələr gördü sualı qədər, nələr görmədi sualı da aktualdır...

Gördüyünüz və çox təəccübləndiyiniz nə oldu?

Ən təəccübləndiyim həyatın əsl üzünün uşaqlıqda təsəvvür etdiyim kimi olmamasıdır...

Kimin ölməsini istəməzdiniz?

Ən yaxın ailə üzvlərimin. Onların yerinə özümə bir şey olmasını tərcih edərəm...

Bu anda zəlzələ olsa bu otaqdan nəyi alıb qaçardınız?

Sizi və telefonumu. Telefonumu, ona görə ki, digər yaxınlarımı tapa bilim...

Sizə normal adam deyilsiniz desəm mənə nə deyərdiniz?

Anormal olduğumu bilirəm. Normal olmaq istəmirəm. Normal olsam görünməyən insan olaram. Bir lider normal ola bilməz. Lider anormal olmalıdır. Fərqlənməlidir. Bütün seçilənlərdə qeyri-adi nə isə var...

Nədən bu suallar?

Bu sual mənim dəli kafama...

Nədən mən?

Sizə dəyər verirəm, önəmsəyirəm... Həyata baxışımız bənzərdir. Sizdən öyrənməli olduğum çox şey var. Boş insan deyilsiniz...

Mən gec qaldım, yoxsa Siz erkən davrandınız?

Tam zamanında oldu hər şey...Gec vəya erkən olmasından asılı olmayaraq hər şey bu günkü kimi bitərdi. Bəzi şeyləri nə Siz, nə də mən qəbul edərdik... Liderlik çox məhrumiyyətlər tələb edir.

Siz atanızı, yoxsa atanız Sizi daha çox sevir?

Atam məni. O mənə pərəstiş edir...

Səncə mən sərhədli suallar verirəm, yoxsa Siz lazım olan cavabları verirsiniz?

Siz gərəkənləri soruşursunuz, mən də gərəkdiyi qədər cavab verirəm...

Bu anda əldə etmək istədiyiniz adam kimdir?

1981 doğumlu...Həyatda özünə xas nailiyyətləri olan... Ciddi..İş adamı...Ehtiraslı.....Anormal...Lider...Yükümü daşıya biləcək qədər dəli...Məni həyatından ata bilməyəcək qədər hər şeyi gözə alan...

Belə adam varmı?

Yoxdur...

Sizi 10 illər öncə bu xarakterlə sevdiyimi desəydim, mənə nə deyərdiniz?

Münasibət qurardım... Gerisinə də baxardım... Daha gənc olduğumda belə ciddi adamları sevərdim...

Kimə bənzəyirsiniz?

Bənzəməyə çalışdığım və bənzəməsini istədiyim adam yoxdur. Yenilikçi insanam. Yeniliklər axtarıram...

Sizcə uğur için ilk addım nədir?

Təbəssüm... Səmimi bir təbəssüm...

Sizi öpsəm nə edərdiniz?

Özümdən uzaqlaşdırardım...

Uzaqlaşdırmamağınız üçün nə gərək?

Dünyaya yenidən gəlmək...

Nədən belə?

İlk tanış olduğumuzda da demişdim. Mənə çox yaxınlaşmaq təhlükəlidir... Şirin olduğum qədər də acı ola bilərəm...

Ən çox kimin fəlsəfəsini bəyənirsiniz?

Özümün... Təcrübə göstərir ki, öz fəlsəfəmlə yanılmıram...

OXŞAR XƏBƏRLƏR