Yanacaqdoldurma məntəqəsi yandı

Yanacaqdoldurma məntəqəsi yandı
Bütün Xəbərlər
10:41 02.08.2013
1117

Azərbaycanda yanacaqdoldurma məntəqəsində yanğın olub.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Ağsu rayonunun Navahı kəndində (rayon mərkəzindən 6 km aralı) qeydə alınıb. 

Vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsində ümumi sahəsi 24 kv. m olan taxta arakəsmələrlə ayrılmış 2 otaqdan ibarət vaqonun yanar hissələri, 1 otağa yığılmış 5 ədəd 10 litrlik yanacaq qabları yanıb. “KamAZ” markalı avtomobil, həcmi 20 ton olan 3 ədəd yanacaq çəni və avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR