Yanan binada qalmış jurnalist və azyaşlı övladı xilas edildi

Yanan binada qalmış jurnalist və azyaşlı övladı xilas edildi
Bütün Xəbərlər
13:58 19.05.2015
3080
Bakıda yaşayış binasında baş verən yanğında evdə qalan jurnalist Sevinc Fədai, onun azyaşlı övladı və anası xilas edilib.
APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilən şəxslər təcili tibbi yardım briqadasına təhvil verilib.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
İlkin məlumata görə, yanğın nəticəsində 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR