AZXEBER.COM Haqqın.az-a istinadən bildirir ki, fasadların hazırlanması zamanı poliuretan maddəsindən istifadə edilir. Bu fasadlarını idxal edən şirkət “Global Construction"-dur. Bəs poliuretan maddəsi nədir? Bu plastmas materialın 97% hissəsi qaz kürəciklərindən ibarətdir. Mərmər üzlük isə yüksək hərarətlə ona birləşdirilir.
Poliuretan maddəsinin yanğın təhlükəsi olduqca yüksəkdir. Yanması zamanı zəhərli qaz ixrac olunur. Yanğın zamanı poliuretanın hərarəti 325-345 dərəcəyə qalxır.
Təəssüflər olsun ki, Bakıda belə binaların sayı çoxdur. Belə yanğınların yenidən baş verməyəcəyinə heç kim təminat vermir.