Yanan Heydər Əliyev Mərkəzindən ilk görüntülər - EKSKLÜZİV FOTO+VİDEO
Bütün Xəbərlər
12:00 20.07.2012
7089
Xəbər verdiyimiz kimi, Azərbaycan paytaxtında Heydər Əliyev Mərkəzində yanğın başlayıb.Bu barədə AZXEBER.COM-a sakinlər məlumat verib. Hadisə yerinə 15-ə yaxın yanğınsöndürən maşın göndərilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür. Hadisənin səbəbləri məlum deyil. Sakinlərin dediyinə görə, ətrafı tüstü və "rezin" qoxusu bürüyüb. AZXEBER.COM xəbər portalı hadisə yerindən ilk fotoları təqdim edir.