Yanğın zamanı çəkdiyi foto ilə hər kəsi kövrəldən adam AZXEBER.COM-a danışdı - MÜSAHİBƏ - FOTOLAR

Yanğın zamanı çəkdiyi foto ilə hər kəsi kövrəldən adam AZXEBER.COM-a danışdı - MÜSAHİBƏ - FOTOLAR
Bütün Xəbərlər
22:09 20.05.2015
20384

Dünən Bakının Binəqədi rayonunda hündürmərtəbəli binada baş verən yanğın lentə alan fotojurnalist Orxan Əzimin çəkdiyi foto Azərbaycan və dünya mediasında böyük rezonans doğurub. Bütün dünya bu fotodan danışır.

Report informasiya agentliyinin əməkdaşı Fotojurnalist Orxan Əzim həmin günün təəssüratlarını ilk dəfə olaraq AZXEBER.COM- la bölüşüb. Həmin müsahibəni təqdim edirik:

 Orxan, bütün ölkə sənin çəkdiyin fotodan danışır. Necə oldu ki, həmin kadrı yaxaladın?

- Hər fotoqrafın öz anı olur. Mənim uğurlu anım o anda orda olmaq idi. O insanlara vəziyyəti çəkməklə kömək etmiş hesab edirəm.

  Şəklin bu qədər rezonans doğuracağını gözləyirdinmi?

- Mən rezonans üçün çəkmirdim sadəcə hiss etdiyim kadrları çəkdim və uğurlu alındı. Bəli, bütün xarici və yerli mediada fotolarım yayıldı. Hamı o fotolardan danışır, mükafat veriləsi fotodur deyir. Təəssüf ki, bu elə uğurdur ki sevinə də bilmirsən. Kaş ki, xoş xəbər olardı. Ürəkdən sevinə biləydim.

 Uşağın sonraki aqibəti ilə maraqlandınmı?

- Uşağı təcili tibbi yardım üçün müayinəyə apardılar. Təbii ki, bizi ora buraxmırdılar. Ona görə, hələ ki, xəbərsizəm. Ancaq xəbər edən olsa idi sevinərdim.

 Orada polis və FHN olmasaydı, fotoaparati yerə qoyub, o uşağa yardımçı olardınmı?

- Biz fotoqrafdan əvvəl bir fərd, bir vətəndaş, bir insanıq. Hadisə yerinə çatanda Fotojurnalistlərdən ancaq mən orda idim. Hamı özünü itirmişdi. Fotoaparatımı çiynimdən asıb köməyə başladım. FHN - nin su "şlanqlarını" dartmağa kömək edirdim.

Təbii ki burda sadə vətəndaşlar da var gücü ilə çalışırdı. Hamı binada qalan yaxınları üçün fəryad edirdi. Polis və FHN əməkdaşları vətəndaşları sakitləşdirməyə çalışırdılar. Çünki hamı gərgin idi. Ağlaya ağlaya onlara kömək edirdim.

4 nəfər FHN işçisi ilə birlikdə xilas etmək üçün binanın blokuna girəndə adamlardan biri duyuq düşüb məni çölə çıxardı və qışqırdı: "Çıx bayıra əleyhqazın yoxdur boğulacaqsan." "Lənətə gəlsin əleyhqaz. İçəridə insanlar var" qışqırmağa başladım. Sonra, get ordan fanarı" al gətir deyə mənə tərəf qışqırdı. Uzaqlaşan zaman geri çevriləndə artıq onlar içəri daxil olmuşdular. Onda anladım ki, bunlar məni düşünüb, fikrimdən daşındırmaq üçün bu vasitəyə əl atıblar. "Fanar" sadəcə bəhanə imiş.

Sən demə fanarları var...Bütün kadrları göz yaşı ilə çəkirdim. İndi də fotoya baxa bilmirəm. Hamı paylaşır, hamı yazır. Amma hər dəfə xəbəri görəndə gözlərim dolur. Amma bu müsbət haldır. Acımız nə qədər böyük olsa da bu foto dərdimizə su səpər deyə düşünürəm. FHN- ə kömək etməkdə aciz idimsə heç olmasa bu fədakarlıqları kadra salım deyə düşündüm. Sonra bütün prosesləri çəkdim.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağanıs Ayrımda ermənilərin öldürdükləri körpə ilə bağlı materiallar məhkəmədə nümayiş etdirilib
22:48 11.04.2025
Bağanıs Ayrımda ermənilərin öldürdükləri körpə ilə bağlı materiallar məhkəmədə nümayiş etdirilib
Sumqayıtda gənc qadın müalicə aldığı xəstəxanada vəfat edib
22:40 11.04.2025
Sumqayıtda gənc qadın müalicə aldığı xəstəxanada vəfat edib
Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT
22:36 11.04.2025
Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT
Ərdoğan CHP sədrini ikinci dəfə məhkəməyə verdi: Təzminat tələb edildi
22:28 11.04.2025
Ərdoğan CHP sədrini ikinci dəfə məhkəməyə verdi: Təzminat tələb edildi
Azərbaycan və Yəmən XİN başçıları əməkdaşlıq perspektivlərini müzakirə ediblər
22:23 11.04.2025
Azərbaycan və Yəmən XİN başçıları əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
22:19 11.04.2025
Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Ceyhun Bayramov BMT nümayəndəsini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
22:07 11.04.2025
Ceyhun Bayramov BMT nümayəndəsini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Qəzada yaralananların son durumu: Sürücü əməliyyat olacaq - VİDEO
21:58 11.04.2025
Qəzada yaralananların son durumu: Sürücü əməliyyat olacaq - VİDEO
Prezident ailə üzvləri ilə Antalyada - Fotolar
21:47 11.04.2025
Prezident ailə üzvləri ilə Antalyada - Fotolar
Türkiyəli ekspert: İlham Əliyev Cənubi Qafqazda yeni gələcəyin memarıdır
21:33 11.04.2025
Türkiyəli ekspert: İlham Əliyev Cənubi Qafqazda yeni gələcəyin memarıdır
DİN bank kartları ilə bağlı növbəti dəfə vətəndaşlara çağırış edib
21:24 11.04.2025
DİN bank kartları ilə bağlı növbəti dəfə vətəndaşlara çağırış edib
Naxçıvanda fərdi evdə yanğın olub, ölən var
21:17 11.04.2025
Naxçıvanda fərdi evdə yanğın olub, ölən var
Toy karvanında qaydaları pozan sürücülər məsuliyyətə cəlb edilib - FOTOLAR
21:02 11.04.2025
Toy karvanında qaydaları pozan sürücülər məsuliyyətə cəlb edilib - FOTOLAR
Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb
20:51 11.04.2025
Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb
Prezident Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb - FOTOLAR
20:45 11.04.2025
Prezident Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb - FOTOLAR
Eldəniz Əzizli erməni rəqibini məğlub edib finala çıxdı
20:34 11.04.2025
Eldəniz Əzizli erməni rəqibini məğlub edib finala çıxdı