Yanğında iki nəfər ölüb - Səhiyyə Nazirliyi

Yanğında iki nəfər ölüb - Səhiyyə Nazirliyi
Bütün Xəbərlər
12:50 19.05.2015
1535
Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı əraziyə 30 təcili yardım briqadası cəlb olunub.
AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, indiyə qədər yanğından zərər çəkmiş 15 nəfər ərazidən götürülərək müxtəlif xəstəxanalara yerləşdirilib.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı tədbirlərin görülməsi üçün Kliniki Tibbi Mərkəzə, Travmatologiya İnstitutuna və Respublika Yanıq Mərkəzində xüsusi tapşırıqlar verilib.
Bildirilib ki, bir nəfərin qorxudan özünü binadan atdığı ehtimal olunur. Hazırda bununla bağlı məlumat dəqiqləşdirilir.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR