Yanmamış malların “Diqlas”dan çıxarılması başa çatdırılıb

Yanmamış malların “Diqlas”dan çıxarılması başa çatdırılıb
SOSİAL
16:42 18.04.2019
5049
Bakının Nizami rayonunda yerləşən "Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmış sahibkarların mallarının ticarət mərkəzindən çıxarılması başa çatdırılıb və 345 sahibkarın malları ticarət mərkəzindən çıxarılıb.

İqtisadiyyat Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilib, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilib. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunublar.

Bununla yanaşı, zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. İndiyədək 373 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 302 zərər çəkmiş sahibkarın bank hesabına 1 836 min manat məbləğində maddi yardım köçürülüb.

Qeyd edək ki, maddi yardımın ödənilməsi "Kapital Bank” və "TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub. Bununla da, zərər çəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 9-dur. Belə ki, "Aqromall” ticarət mərkəzi də zərər çəkmiş sahibkarlara dəstək tədbirlərinə qoşulmaq təşəbbüsü ilə çıxış edərək, 15 min kv. metr ticarət sahəsində müvafiq yerlər təklif edir. Bununla da, hazırda zərər çəkmiş sahibkarlara Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 9 ticarət mərkəzində ümumi sahəsi 45 min kv.m-dən çox olan ticarət obyektləri təklif olunur.

Sahibkarlara maddi yardım göstərilməsi və onların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq...” - Saatlarla növbə gözləyirlər - VİDEO
11:33 14.07.2026
“Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq...” - Saatlarla növbə gözləyirlər - VİDEO
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
11:30 14.07.2026
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
11:27 14.07.2026
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib
11:22 14.07.2026
Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib
İlham Əliyev Makronu təbrik etdi
11:18 14.07.2026
İlham Əliyev Makronu təbrik etdi
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
11:15 14.07.2026
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
Azərbaycanda Media və Yayım Şurası yaradıldı
11:14 14.07.2026
Azərbaycanda Media və Yayım Şurası yaradıldı
Peter Pelleqrini: Qarabağın yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir
11:12 14.07.2026
Peter Pelleqrini: Qarabağın yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir
Azərbaycan Prezidenti: Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir
11:11 14.07.2026
Azərbaycan Prezidenti: Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
11:00 14.07.2026
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
10:57 14.07.2026
Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
10:52 14.07.2026
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
Köhnə avtomobili olanların nəzərinə - QAYDALAR DƏYİŞİR
10:45 14.07.2026
Köhnə avtomobili olanların nəzərinə - QAYDALAR DƏYİŞİR
Taylandda gecə klubunda faciə: Ölənlərin sayı 30-a çatdı
10:35 14.07.2026
Taylandda gecə klubunda faciə: Ölənlərin sayı 30-a çatdı
Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək
10:29 14.07.2026
Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək
Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
10:27 14.07.2026
Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı