“Yanq Boyz” Bakıda 90 dəqiqə hücum edəcək”

“Yanq Boyz” Bakıda 90 dəqiqə hücum edəcək”
İDMAN
14:08 21.08.2015
1343
"Cavab qarşılaşması bu oyundan da çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
43 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Yanq Boyz”la İsveçrədəki ilk oyunu haqda fikirlərini açıqlayıb: “Rəqib bizə çox çətin anlar yaşatdı. "Yanq Boyz"un oyun üslubu bizə çox yad və çətin idi. Bakıda daha fərqli oyun olacaq. Rəqib 90 dəqiqə hücum edəcək. İsveçrə klubunun heyətində oyunun nəticəsini dəyişməyə qadir futbolçular var."
Qeyd edək ki, “Qarabağ” səfər oyununda 1:0 hesabı ilə qalib gəlib.
OXŞAR XƏBƏRLƏR