Yanvarın 26-da 20 dərəcə isti olacaq

Yanvarın 26-da 20 dərəcə isti olacaq
Bütün Xəbərlər
13:57 25.01.2013
806
Bakıda və Abşeron yarımadasında yanvarın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, axşam havanın tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyilə əvəz olunacaq.Havanın temperaturu gecə 4-7, gündüz 13-18 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturu gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR