YAP-çı deputat büdcə bölgüsündən razıdır

YAP-çı deputat büdcə bölgüsündən razıdır
Bütün Xəbərlər
01:23 21.11.2011
1107
«2012-ci ilin dövlət büdcəsində aqrar sahəyə yönəldilən vəsaitlərdə artım nəzərdə tutulur. Artım aqrar sahənin bütün bölmələrini əhatə edir». Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.E.İbrahimov qeyd edib ki, dünyanın inkişaf etmiş dövlətlərində böhranın olmasına baxmayaraq, Azərbaycanda iqtisadi inkişafın davamlı xarakter alması çox sevindiricidir. «Dövlətimiz kənd təsərrüfatının inkişafına qayğı göstərir. Bu yanaşma, çox yüksək qiymətləndirilməlidir. Bu sahə ilə məşğul olan sahibkarlara həm Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturunun vasitəsilə, həm də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kreditlər verilir. Əlbəttə, kənd təsərrüfatı özəl sahədir, burada kənd təsərrüfatı istehsalçılarının, fermerlərin üzərinə böyük vəzifələr düşür. Dövlət isə onların fəaliyyətinə dəstək verir. Hər il istehsalçılara verilən konpensasiyalar da buna sübutdur»- deyə komitə sədri vurğulayıb.
OXŞAR XƏBƏRLƏR