YAP-çı deputatlar yaralı əsgərlərimizi ziyarət etdilər

YAP-çı deputatlar yaralı əsgərlərimizi ziyarət etdilər
Bütün Xəbərlər
13:40 28.08.2014
654
Üç əsgərimiz Türkiyədə müalicə alır.
Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar - YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ankarada müalicə olunan yaralı əsgərlərimizi ziyarət ediblər.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, əsgərlərə tezliklə sağalmağı arzulayan deputatlar vətənimizin müdafiəsində göstərdikləri şücaətə görə onlara minnətdarlıqlarını bildiriblər.
Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərovun nəvəsi Elvin Əsgərov torpaqlarımızın müdafiəsi zamanı əsgər yoldaşlarının göstərdikləri qəhrəmanlıqları ömrünün sonunadək qürurla xatırlayacağını və Azərbaycan döyüşçülərindəki ruh yüksəkliyini düşmən üçün hər zaman sarsıdıcı olduğunu bildirib.
Xatırladaq ki, Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç əsgəri - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə gətiriliblər.
OXŞAR XƏBƏRLƏR