YAP-dan ATƏT-in Minsk qrupu həmsədrlərinə etiraz

YAP-dan ATƏT-in Minsk qrupu həmsədrlərinə etiraz
Bütün Xəbərlər
12:10 12.05.2011
1449

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradkeyə (ABŞ) Azərbaycanın işğal olunmuş ərazilərinə xarici ölkələrdən erməni ailələrinin köçürülməsi və məskunlaşdırılması ilə əlaqədar etiraz məktubu göndərib. APA-nın partiyanın mətbuat xidmətində istinadən verdiyi məlumata görə, məktubun bir nüsxəsi hazırda Bakıda sərəfdə olan ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiuya təqdim ediləcək.

Qırğızıstanda yaşayan 200-dən artıq erməni ailəsinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsinə hazırlıq getməsi barədə KİV-də yayılan məlumatlara diqqəti çəkən məktubda bildirilib ki, işğal olunmuş Azərbaycan ərazilərinin Ermənistanın himayəsi və dəstəyi ilə qanunsuz olaraq məskunlaşdırması məsələsi dəfələrlə BMT-də və digər beynəlxalq təşkilatlarda müzakirə olunub. Qeyd edilib ki, ATƏT-in bununla bağlı fəaliyyət göstərən fakt-araşdırıcı missiyası ötən il yaydığı rəsmi hesabatda işğal altında olan Azərbaycan ərazilərində 15 minədək erməninin qanunsuz şəkildə məskunlaşdığını bildirib: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində intensiv və ardıcıl danışıqların getdiyi bir vaxtda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə yeni “erməni köçünün” təşkil olunması bu danışıqların səmərəliliyinə ciddi zərbə vura bilər. Belə ki, işğal edilən və tamamilə azərbaycanlılardan təmizlənən bir ərazidə süni şəkildə demoqrafik vəziyyəti dəyişmək cəhdi Ermənistanın işğalçı siyasətinin möhkəmləndirilməsi məqsədlərinə xidmət göstərir. Azərbaycanın işğal altında olan torpaqlarının süni şəkildə “erməniləşdirilməsi” tarixin təkrarını xatırladır. Ötən əsrin 40-50-ci illərində Sovet hakimiyyəti Azərbaycan əsilli Ermənistan vətəndaşlarını kütləvi şəkildə Azərbaycana deportasiya etdikdən sonra həmin ərazilərə xaricdən erməniləri köçürməklə Ermənistanın demoqrafik vəziyyətini dəyişməyə nail oldular. İndi tarixi yenidən təkrar etməyə cəhd göstərilir”.

YAP-ın etiraz məktubunda bir daha nəzərə çatdırılıb ki, erməni tərəfinin bu hərəkəti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, Avropa Şurası və ATƏT-in Parlament Assambleyasının müvafiq qərarlarına daban-dabana ziddir. Azərbaycan xalqı Azərbaycan torpaqlarına kənardan köç edilməsi siyasətini qətiyyətlə rədd edir və onun heç bir hüquqi nəticəsini qəbul etmək niyyətində deyil.

“Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin işğal edilmiş Dağlıq Qarabağa ermənilərin köçürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edərək, ATƏT-in Minsk Qrupunun həmsədrlərini sülh danışıqlarının nəticələrini heçə endirən və münaqişənin dinc vasitələrlə həllinə dair konstruktiv səylərə mane olan “köçürmə siyasətini” birmənalı şəkildə pisləməyə və onun mənfi nəticələrinin qarşısını vaxtında almaq üçün müvafiq addımlar atmağa çağırır”.

/// APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır