YAP-dan əsgər ölümüylə bağlı aksiyaya müsbət reaksiya - 'ONLARIN SƏSİ EŞİDİLDİ'

YAP-dan əsgər ölümüylə bağlı aksiyaya müsbət reaksiya -
Bütün Xəbərlər
19:40 12.01.2013
8436
“Bu gün Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölümü ilə əlaqədar bir qrup gəncin Bakının Fəvvarələr meydanına təyin etdiyi aksiya dinc şəraitdə keçirildi, onlar öz şüarlarını səsləndirdilər və onların səsləri eşidildi”.

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

M. Qurbanlı aksiyada Azərbaycan polisinin peşəkarlıq nümayiş etdirdiyini də bildirib. Onun sözlərinə görə, aksiya razılaşdırılmamış olsa da, polis iştirakçılarla sakit və peşəkar davranıb: “Aksiya iştirakçıları öz fikirlərini səsləndirdilər. Onların şüarları “Şəhidlər ölməz, vətən bölünməz!”, “Ən böyük əsgər Azərbaycan əsgəri!” və sair əsgər ölümünə görə cavabdeh olanlarla bağlı idi”.

M. Qurbanlı deyib ki, Nizamnamədən kənar olaraq istənilən Azərbaycan əsgərinin ölümünü hamı, o cümlədən YAP da pisləyir: “Biz də Ceyhun Qubadovun ölümü ilə bağlı partiyamızın mövqeyini bildirmişik, təqsirkarların tapılmasını biz də səbirsizliklə gözləyirik. Respublika Prokurorluğu bununla bağlı çox operativ fəaliyyət göstərir, bildiyiniz kimi cəzalandırılanlar da var”.

M. Qurbanlı qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi daim diqqət mərkəzindədir.

YAP icra katibinin müavini onu da deyib ki, əsgər ölümündən siyasi məqsədlər üşün istifadə olunmasına fürsət verilməməlidir: “Bu günkü aksiyada da xüsusilə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl və bir qrup şəxs öz məqsədləri üçün istifadə etməyə cəhd göstərdi. Mən özüm də müşahidə etdim. Onlar gənclərin “Əsgər ölümünə son!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarından istifadə edərək, aksiyanın yönünü öz siyasi məqsədlərinə doğru yönəltmək istəyirdilər. Xüsusilə Xədicə İsmayıl bir qrup gənci başına yığaraq təxribat xarakterli şüarlar səsləndirməyə başlamışdı. Bizim partiyanın qarşısına gələrək hay-küy salırdılar. Onların istəyi ilə aksiyaya toplaşan gənclərin şüarı fərqli idi”.

M.Qurbanlı deyir ki, bütün bunlara baxmayaraq təxribatçıların qarşısı alındı və aksiya dinc başa çatdı: “Gənclər toplaşdı, çağırışlarını etdilər və eşidildilər”.

Qeyd edək ki, bu gün Bakıda əsgər ölümünə etiraz olaraq, gənclərin aksiyası keçirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib