Azərbaycanda prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kompaniyası sentyabrın 18-20-dən başlayacaq və seçki gününə qədər aparılacaq.
AZXEBER.COM SalamNews-a istinadən xəbər verir ki, bunu YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.O deyib ki, Yeni Azərbaycan Partiyası prezident seçkilərinə böyük təcrübə ilə gedir: "Bu gün YAP-ın 600 mindən çox üzvü var. İnanırıq ki, Azərbaycanda bu ildə seçki fəllığı kifayət qədər olacaq. Buna sübut kimi, əvvəlki illərdə ölkədə parlament, bələdiyyə, prezident seçkilərini göstərmək olar. Çünki, o illərdə də Azərbaycan seçicilləri çox fəal iştirak ediblər. İstər radikal, istər konstruktiv müaxalifətin təmsilçiləri, yəni YAP namizədinə səs verməyəcək, ümumi səsvermə hüquqi olan şəxslərin cəmi 4 faizi təşkil edir. Hesab edirik ki, prezident seçkilərində Azərbaycan xalqı layiqli namizədinə səs verəcək."