YAP erməni təxribatları ilə bağlı bəyanat yaydı

YAP erməni təxribatları ilə bağlı bəyanat yaydı
SİYASƏT
13:41 27.09.2020
922

Yeni Azərbaycan Partiyası cəbhəboyu təmas xəttində erməni hərbi təxribatları ilə əlaqədar bəyanat yayıb. 

AZXEBER.COM xəbər verir ki, bəyanatda deyilir:

"Sentyabr ayının 27-də səhər saat 06.00-da düşmən bütün cəbhə boyu yeni və iyrənc hərbi təxribat törətmişdir. Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri, mülki əhali atəşə tutulur. Ağır döyüşlər gedir. Qəhrəman Azərbaycan Ordusu, igid əsgərlərimiz düşmənin xain təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinin mövqelərinə ağır, sarsıdıcı zərbələr endirir.

Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejimi cəbhədə təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışır. Bu, indiki Ermənistan rəhbərliyinin əsl faşist mahiyyətindən xəbər verir. Bütün dünyada sülhün carçısı kimi tanınan, yaradılmasının 75 illiyi qeyd edilən BMT Baş Assambleyasının xüsusi yubiley sessiyasının keçirildiyi bir zamanda Ermənistanın hərbi təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaq cəhdləri beynəlxalq icmaya meydan oxumaq, sülhə xəyanət etməkdir. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülh, əminamanlıq, təhlükəsizlik kimi dəyərlərə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilmişdir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad edilməsi, məcburi köçkünlərin öz yurd – yuvalarına qayıtması naminə mübarizəsi ədalətin və sülhün bərqərar olması məqsədlərinə xidmət edir. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz xalqımızın çoxdan gözlədiyi qələbəni təmin etməyə qadir və hazırdır. Heç bir təxribat və xəyanət Silahlı Qüvvələrimizi haqq işi yolunda müqəddəs savaşından çəkindirə bilməz. Bu gün bütün Azərbaycan xalqı qəhrəman Ordumuzla bir yerdədir, onun düşmənə qarşı mübarizəsini alqışlayır və dəstəkləyir. İgid əsgərlərimiz əmin ola bilər ki, hər bir Azərbaycan vətəndaşı, hər bir gənc onun yanındadır, onunla birdir.

Bütün xalqı yağı düşmənə layiqli cavab vermək, doğma Qarabağımızı düşmən tapdağından azad etmək naminə Ali Baş Komandanın ətrafında sıx birləşməyə, səfərbər olmağa, Qəhrəman Azərbaycan Ordusuna mənəvi güc və ruh mənbəyi olmağa çağırırıq. Xalqın və Ordunun bir yumruq kimi birləşərək düşmənə həlledici zərbənin  endirməsi zamanıdır. İgidlik, şücaət və fədakarlıq zamanıdır. Həqiqət anıdır. Ədalətin və qəhrəmanlığın, Rəhbərin və Xalqın birliyinin qüdrətinin zəfər çaldığı həqiqət anı.

Yeni Azərbaycan Partiyası olaraq, Ordumuzla qürur duyduğumuzu, onunla birgə olduğumuzu bəyan edirik. Ali Baş Komandanımız cənab İlham Əliyev əmin ola bilər ki, rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvü müsəlləh əsgər kimi onun əmri ilə Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazırdır. Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimizin növbəti erməni təxribatına layiqli cavab verəcəyinə, düşmənə sarsıdıcı zərbələr endirəcəyinə və xalqımıza haqqı olan QƏLƏBƏNİ bəxş edəcəyinə dərindən inanırıq. O gün uzaqda deyil.

Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada Ebolaya ilk yoluxma qeydə alınıb
18:40 21.10.2026
Nigeriyada Ebolaya ilk yoluxma qeydə alınıb
Makron: Qətərdən Fransaya qaz tədarükü təmin edilib
18:25 21.10.2026
Makron: Qətərdən Fransaya qaz tədarükü təmin edilib
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
18:12 21.10.2026
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir
17:49 21.10.2026
Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
17:48 21.10.2026
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İki marşrutun hərəkət sxemi dəyişdirildi
17:38 21.10.2026
İki marşrutun hərəkət sxemi dəyişdirildi
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
17:33 21.10.2026
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
17:25 21.10.2026
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
17:25 21.10.2026
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
Prezident bu sazişi təsdiq etdi
17:23 21.10.2026
Prezident bu sazişi təsdiq etdi
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
17:13 21.10.2026
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
17:06 21.10.2026
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
16:54 21.10.2026
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
16:51 21.10.2026
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
16:34 21.10.2026
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
16:29 21.10.2026
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi