YAP Gənclər Birliyinin sədri: "“Əli Kərimli aksiyası"nı biz təşkil etməmişik” (EKSKLÜZİV)

Bütün Xəbərlər
07:01 05.04.2011
1674

 YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu haqda AZXEBER.COM portalına açıqlama verib.

Seymur Orucov Birliyin aksiya ilə bağlı heç bir əlaqəsinin olmadığını söyləyib: “Əli Kərimli aksiyasını YAP Gənclər Birliyi təşkil etməyib. Aksiya keçirən müstəqil gənclər öz fikirlərini ifadə ediblər. Onlar Əli Kərimliyə olan aqressiv münasibətlərin bldirmək üçün bu addıma əl atıblar. Bir daha qeyd edirəm ki, həmin aksiyanı YAP Gənclər Birliyi təşkil etməyib. Müstəqil gənclər Əli Kərimlinin xaricdəki donor təşkilatlar tərəfindən maliyyələşdirilib ölkədə anarxiya yaratmaq istəməsini qınayıblar”.

Xatırladaq ki, daha əvvəl “İrəli” İctimai Birliyi və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) da bu aksiyanın təşkilatçısı olmadıqlarını AZXEBER.COM portalına bildirmişdilər.

OXŞAR XƏBƏRLƏR