Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri Elmar Məmmədov yeni vəzifəyə təyin olunub. Belə ki, o, YAP Gənclər Birliyinin mərkəzi ofisində Layihələr üzrə koordinator vəzifəsini icra edəcək.
Elmar Məmmədov Azərbaycan Texniki Universitetinin İnformatika və Hesablama texnikası fakultəsinin məzunudur. 2011-ci ilin oktyabr ayından Sumqayitda YAP-da fəal gənc kimi fəaliyyətə başlayıb. 2012-ci ildə Sumqayıt şəhər YAP Gənclər Birliyinin sədr müavini, həmin ilin may ayından isə Sumqayıt YAP Gənclər Birliyinin sədri vəzifəsini icra edir. Hazirda da sədr kimi fəaliyyətini davam etdirir. Bununla yanaşı, bu ilin aprelin 12-dən YAP Gəncler Birliyinin mərkəzi ofisində layihələr üzrə koordinator vəzifəsinə təyin edilib. /// xeberle.com