YAP Gəncə şəhər Təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin ümumi yığıncağı keçirildi

YAP Gəncə şəhər Təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin ümumi yığıncağı keçirildi
GƏNCLİK
11:40 14.09.2013
1688
YAP Gəncə şəhər Təşkilatında 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçkilərinə hazırlıq işləri ilə əlaqədar ərazi ilk partiya təşkilatları sədrlərinin ümumi yığıncağı keçirilib. AZXEBER.COM-un məlumatına görə, tədbirdə şəhər partiya Təşkilatının İdarə Heyəti və Şura üzvləri, partiya fəalları iştirak etdilər.
Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, YAP tərəfindən namizədliyi irəli sürülən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasının başlanması ilə əlaqədar olaraq qarşıda duran vəzifələrdən, ölkəmizin tarixində mühüm ictimai-siyasi hadisə olan Prezident seçkilərinin azad, demokratik və şəffaf şəraitdə mütəşəkkil keçirilməsi üçün seçkilərdə hər bir partiya üzvünün fəal iştirakının vacibliyini diqqətə çatdırdı. Sədr vurğuladı ki, hazırda YAP Gəncə şəhər Təşkilatı 248 ərazi ilk partiya təşkilatını birləşdirir. 30 mindən çox partiya üzvünün əksəriyyətinin gənclərdən ibarətdir. Bu isə qürurverici bir haldır.
Qeyd edildi ki, müasir Azərbaycanın nüfuzunu, qüdrətini artıran əsas amillərdən biri ölkəmizin demokratikliyi, indiyədək keçirilən seçkilərdə şəffaflığın təmin olunmasıdır. Əvvəlcədən seçkilərə hazırlığı yüksək səviyyədə quran Yeni Azərbaycan Partiyası həmişə bu möhtəşəm siyasi kampaniyada qələbə qazanıb və 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentliyinə seçkilərdə də qalib gələcəyinə əmindir. Böyük təşkilati və insani potensial imkan verir ki, YAP seçki kampaniyasına mütəşəkkil hazırlaşmaqla, bu seçimi yüksək səviyyədə həyata keçirəcəkdir.
Tədbirdə YAP Gəncə şəhər Təşkilatı sədrinin müavinləri- AMEA-nın müxbir üzvü Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə çıxış etmişlər. Çıxışlarda Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq müddəaları, seçkilərin prosedur qaydaları, seçicilərin hüquqlarının qorunması, seçki məntəqələri ərazisində seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi haqqında geniş məlumat verilmiş və müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq