YAP Gənclər Birliyi aksiyaya start verdi

GƏNCLİK
18:09 28.04.2012
1534

Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi aksiyaya start verib. Aksiyanın keçirilməsinin məqsədləri barədə YAP GB-nin Mərkəzi Ofisinin rəhbəri Sərraf Hüseynov açıqlama verib. AZXEBER.COM-un məlumatına görə, o açıqlamasında deyib:  "YAP Gənclər Birliyi bu gün növbəti aksiyaya start verib. Aksiyanın əsas məqsədi Şuşa şəhərinin Ermənistan Ordusu tərəfindən işğalının 20 illiyi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara, həmçinin dünyanın bir çox ölkələrinin parlamentariləri və dövlət nümayəndələrinə müraciətlərin ünvanlanması ilə əlaqədardır.

Gənclər Birliyində fəaliyyət göstərən hər bir gənc elektron poçt ünvanı vasitəsilə dünya ölkələrinə bu müraciəti göndərə bilər. Burada əsasən Almaniya Bundesliqasına, Fransa Senatına, həmçinin ABŞ senatorlarına müraciətlər ünvanlanacaq. Artıq həmin müraciətlərin ünvanlanması üçün elektron poçt ünvanlarını da əldə etmişik. Bu üsulla öz həqiqətlərimizin dünyaya çatdırılmasına nail olacağımızı düşünürük. Bununla yanaşı, onu da qeyd edim ki, hər həftənin şənbə günü Yeni Azərbaycan Partiyasının Mərkəzi Ofisində keçiriləcək mühazirə kurslarına da başlamışıq. Elə bu gün də ilk mühazirəmiz keçirildi. Aksiyanın bu mühazirədən sonra keçirilməsinin də xüsusi önəmi vardı. Belə ki, biz ilk mühazirəmizi beynəlxalq təşkilatlar mövzusuna həsr etdik. Məqsədimiz gənclərin beynəlxalq təşkilatların bu məsələlərdəki önəmini daha dərindən dərk etmələri idi. Belə olduqda aksiyaya qoşulan gənclər daha da fəal iştirak nümayiş etdirəcəklər. Çünki artıq onlar bu müraciətlərin ünvanlanmasının nə qədər böyük əhəmiyyət kəsb etdiyini bilmiş oldular”.

OXŞAR XƏBƏRLƏR