YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov vitse-prezident seçilib

GƏNCLİK
15:42 05.10.2012
2537
YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Gənclər Birliyinin vitse-prezidenti seçilib. SİA-nın məlumatına görə, Ramin Məmmədov Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransında (ICAPP) Azərbaycanı təmsil edir. Sözügedən Konfransda YAP Gənclər Birliyinin sədr müavini Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Gənclər Birliyinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti seçilib. Qeyd edək ki, ICAPP-ın növbəti VII Baş Assambleyası cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək. ICAPP öz sıralarında 300 –dən artıq siyasi partiyanı birləşdirdirir.

OXŞAR XƏBƏRLƏR