YAP Gənclər Birliyinin üzvləri Qobustan Dövlət Tarix və Bədii Qoruğunu ziyarət ediblər

GƏNCLİK
15:55 19.08.2013
1800

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin başladığı “Mədəniyyətə səyahət” adlı layihə çərçivəsində partiyanın gəncləri növbəti dəfə Qobustan Dövlət Tarix və Bədii Qoruğunu ziyarət ediblər.

AZXEBER.COM-un məlumatına görə, əsasən sosial şəbəkələrdə və partiyanın Gənclər Birliyinin layihələrində aktiv iştirak edən 70-ə yaxın gənc bu ziyarətdə iştirak edib.Gənclər Qobustan qoruğu ərazisində inşa edilən muzeyi ziyarət etmiş, qaya təsvirlərinə baxıblar.YAP-ın gənclər üçün təşkil etdiyi bu səfərə YAP Qaradağ rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi də öz dəstəyini göstərib.Azərbaycanın tarixi abidələrinə, muzeylərinə və mədəniyyət ocaqlarına təşkil edilən bu səfərlərin əsas məqsədi gənclərin mədəniyyətimizə, tariximizə olan diqqətinin artırılmasından ibarət olub.

OXŞAR XƏBƏRLƏR