YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

SİYASƏT
18:35 05.08.2013
1482

Artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) öz namizədi, cənab İlham Əliyevin seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün hazırlığa başlayıb.

Bu barədə YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov bildirib. Ə.Əhmədov deyib ki, bununla bağlı bəzi sənədlər hazırlanır: “Güman edirəm ki, bu gün, uzağı sabah YAP öz namizədinin seçki sənədlərini MSK-ya təqdim edəcək”.

Qeyd edək ki, YAP iyunun 7-də keçirdiyi V qurultayında prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

OXŞAR XƏBƏRLƏR