YAP-ın icraçı katibi Hillari Klintonun bəyanatını tənqid etdi

YAP-ın icraçı katibi Hillari Klintonun bəyanatını tənqid etdi
Bütün Xəbərlər
00:28 14.12.2011
2267

Əli Əhmədov insan haqları sahəsində Amerika Birləşmiş Ştatlarını nümunə hesab etmir

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton insan hüquqlarının pozulduğu ölkələrin adını çəkib. Bu siyahıda Azərbaycanın da adı var. Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov Amerikanın dövlət katibinə bu gün cavab verib. O, xanım Klintonun bəyanatını obyektivlikdən uzaq, qərəzli xarakter daşıdığını bldirib. “Bunu sübut edən kifayət qədər fakt var. Azərbaycanda ölüm hökmü ləğv edilib. Azərbaycan prezidenti tərəfindən dəfələrlə cəzaçəkmə müəssisələrində cəza çəkən insanlar əfv fərmanları əsasında cəzaçəkmə müddətindən azad ediliblər. Bir neçə dəfə Azərbaycan parlamenti tərəfindən amnistiya qəbul edilib”, - deyə partiya funksioneri bildirib. Ə.Əhmədov insan haqları sahəsində Birləşmiş Ştatları nümunə hesab etmir. Buna misal kimi, o, 1948-ci ildə qəbul edilmiş İnsan Haqlarına dair Bəyannaməni Birləşmiş Ştatların indiyədək ratifikasiya etmədiyini, əksinə, özünü dünyada insan haqlarının müdafiəçisi kimi göstərərək ölkələrin daxili işlərinə qarışdığını, onlara təzyiq göstərdiyini deyir. Qeyd edək ki, Beynəlxalq insan hüquqları günü ilə əlaqədar Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton ənənəvi müraciətində Azərbaycanın adını insan hüquqlarının sistematik şəkildə pozulduğu ölkələr sırasında çəkib, ölkədə siyasi məhbusların olduğunu deyib. Bu bəyanata Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirlikdən ANS-ə bildirdilər ki, insan hüquqları bəyannaməsində “siyasi məhbus” anlayışı yoxdur və bu kimi ifadələrin işlədilməsi Azərbaycana qeyri-obyektiv yanaşmanın nəticəsidir.

OXŞAR XƏBƏRLƏR