YAP-ın siyahısından çıxarılan deputat 27-ci dəfə Həccə getdi
Bütün Xəbərlər
13:41 16.09.2015
1144
Milli Məclisin üzvü Qalib Salahzadə 27-ci dəfə müqəddəs Həcc ziyarətinə gedib. Həccə getdiyi barədə məlumatı Modern.az-a onun özü verib. Qeyd edək ki, Q.Salahzadə bir müddət öncəki açıqlamasında 26 dəfə Həcc ziyarətində olduğunu demişdi.Yeri gəlmişkən, 2010-cu il çeçkilərində YAP-ın vahid namizədlər siyahısı əsasında deputat seçilən Qalib Salahzadə bu dəfə hakim partiyanın etimadını qazana bilməyib. YAP onun deputat olduğu dairədən (27 saylı Sabunçu ikinci seçki dairəsi) başqa namizəd (Cəbrayılova Dilarə Məmmədağa qızı) irəli sürüb.Qalib Salahzadə isə üzvü olduğu partiyanın qərarına hörmətlə yanaşdığını bildirib.Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.