YAP-la Çin Kommunist Partiyası arasında görüş keçirildi

YAP-la Çin Kommunist Partiyası arasında görüş keçirildi
Bütün Xəbərlər
12:18 22.12.2011
1848
Bu gün Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Çin Kommunist Partiyasının mərkəzi komitəsinin xarici əlaqələr şöbəsi nazirinin müavini Çen Fensyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Çin Kommunist Partiyasının mərkəzi komitəsinin xarici əlaqələr şöbəsi nazirinin müavini Çen Fensyan keçən gün keçirilən tədbirin yüksək səviyyədə təşkili münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, Çin Kommunist Partiyası bu səviyyədə təşkil olunan beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirir. Onun sözlərinə görə, ötən gün mövzusu modernləşmə siyasət olan konfransda aparılan müzakirələr qlobal problemlərin həllinə müsbət təsir göstərəcək: “Bildiyimizə görə, dekabrın 24-də Azərbaycanın prezidenti İlham Əliyevin 50 illik yubileyi qeyd olunacaq. Onun rəhbərliyi sayəsində Azərbaycan mühüm beynəlxalq əlaqələr qurub, bütün sahələrdə yüksək irəliləyişlər əldə edib. Ölkəniz də ildən-ilə daha da gözəlləşir, daha da inkişaf edir. Bir sözlə, partiyalararası əlaqələr həmçinin ölkələr arasındakı əməkdaşlığa öz müsbət töhfələrini verəcək. Azərbaycanın son illərdəki inkişafı göz önündədir. Partiyalar arasında əlaqələrin inkişafı iki dövlətin və xalqlarımızın münasibətlərinə də xoş təsir göstərir”.
Görüşdə Əli Əhmədov bildirib ki, Çindəki iqtisadi yüksəliş Azərbaycanla yanaşı bütün dünya ölkələrinin də diqqəti mərkəzindədir. Bu ölkə bütün sahələrdəki inkişafı ilə dünyanın diqqət və marağını özündə cəlb edir. Partiyalar arasındakı əlaqələri yüksək qiymətləndirən YAP sədr müavini qeyd edib ki, bu sonrakı inkişaf baxımından da çox əhəmiyyətli və önəmlidir. “Ölkələr arasındakı əlaqələrin inkişafına partiyalararası münasibətlər də öz təsirini göstərir. İnanırıq ki, Azərbaycan və Çin partiyaları arasındakı qarşılıqlı əlaqələr gələcək dostluq münasibətlərinin inkişafına öz müsbət təsirini göstərəcək”, - o deyib.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı bütün sahələrdə Çinlə əməkdaşlıq etməyə imkan verir. O həmçinin qeyd edib ki, modernləşmə siyasəti bu gün dünya miqyasında əsas problemlərdən biri kimi özünü biruzə verir və bunun həlli istiqamətində ölkələr öz səyini əsirgəməməlidir.
Görüşdə Çen Fensyan YAP nümayəndə heyətini 2012-ci ildə Çinə səfər etməyə dəvət edib.
Qeyd edək ki, görüşdə YAP-ın icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib