YAP namizədlər siyahısını açıqladı - ADLAR

YAP namizədlər siyahısını açıqladı - ADLAR
SOSİAL
14:22 17.07.2024
2132
İyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib.

İclasda ilk olaraq Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.

Tahir Budaqov qeyd edib ki, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoymuşdur: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin, konstitusiya quruluşunun bərpasını və üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin etmişdir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, milli və regional təhlükəsizliyin təmin olunmasına hədəflənmiş uzaqgörən siyasəti sayəsində istər ölkə daxilində, istərsə də bütövlükdə bölgədə yeni reallıqlar yaranmış və ölkəmizin qarşısında yeni perspektivlər açılmışdır”.

YAP Sədrinin müavini vurğulayıb ki, 2024-cü ilin fevral ayında keçirilmiş Zəfər seçkisində xalqın mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə həyata keçirilən siyasətə, Heydər Əliyev yoluna dərin inamını bir daha nümayiş etdirmişdir: "Hazırda ölkəmiz daha bir mühüm ictimai-siyasi proses ərəfəsindədir. Müstəqillik tariximizdə ilk dəfə olaraq 2024-cü il sentyabrın 1-də ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcəkdir. Ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə qatılır”.

Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin siyahısı elan edilib və müzakirələrdən sonra təsdiq olunub.

YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Tahir Mirkişili, Bahar Muradova, Anar İsgəndərov, Elmar Qasımov, Eldar İbrahimov, Azər Badamov və Kamal Cəfərov çıxış edərək bildiriblər ki, Azərbaycanın müasir dövlətçilik tarixinin olduqca mühüm bir dönəmində qarşıda duran strateji əhəmiyyətli hədəflərin reallaşdırılması üçün ölkənin ali qanunverici orqanı olan Milli Məclisin üzərinə də böyük vəzifələr düşür. Belə bir tarixi mərhələdə parlamentdə təmsilçiliyin şərəfli, eyni zamanda, məsuliyyətli olduğu vurğulanıb, göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.

Bundan sonra seçki komissiyalarının tərkibinə təklif olunan məşvərətçi səs hüquqlu üzvlər, seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə bağlı məsələyə baxılıb və onların siyahıları təsdiq edilib.

İclasa yekun vuran YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov namizədlərə uğurlar arzulayaraq ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin onlara göstərdiyi yüksək etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəklərinə, yeni dövrdə qarşıda duran vəzifələrin icrası üçün var gücü ilə çalışacaqlarına əminliyini ifadə edib.

Tahir Budaqov qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın yüksəlişində və çox mühüm tarixi nailiyyətlərin əldə edilməsində müstəsna rol oynamış, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa – Heydər Əliyev yolunun davamçısı olan cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin həyata keçirilməsinə öz töhfələrini verəcəkdir: "İnanırıq ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaqdır”.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sabah” klubu Prezidentə təşəkkür etdi
16:44 26.08.2026
“Sabah” klubu Prezidentə təşəkkür etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:41 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
16:22 26.08.2026
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
16:17 26.08.2026
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
16:13 26.08.2026
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
16:09 26.08.2026
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
15:57 26.08.2026
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı təbrik edib
15:50 26.08.2026
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı təbrik edib
Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...
15:43 26.08.2026
Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...
Valideyn övladının həyat yoldaşı seçiminə qarışmalıdırmı? – VİDEOSORĞU
15:42 26.08.2026
Valideyn övladının həyat yoldaşı seçiminə qarışmalıdırmı? – VİDEOSORĞU
Rusiyadan gətirilən sosislər ilə bağlı AQTA-dan açıqlama
15:40 26.08.2026
Rusiyadan gətirilən sosislər ilə bağlı AQTA-dan açıqlama
Mauro İkardi özünə klub tapa bilmir - Heç kim onu transfer etmək istəmir
15:39 26.08.2026
Mauro İkardi özünə klub tapa bilmir - Heç kim onu transfer etmək istəmir
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit
15:28 26.08.2026
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit
"Köçaryan illər boyu Ermənistanı qarət edib" - Erməni jurnalistdən özəl açıqlama
15:24 26.08.2026
"Köçaryan illər boyu Ermənistanı qarət edib" - Erməni jurnalistdən özəl açıqlama
“Fənərbaxça” Çempionlar Liqasına vəsiqə qazana biləcək? - "Lion" matçı saat neçədə, hansı telekanalda?
15:22 26.08.2026
“Fənərbaxça” Çempionlar Liqasına vəsiqə qazana biləcək? - "Lion" matçı saat neçədə, hansı telekanalda?
Qırğızıstanda küçə adları dəyişdirildi - Sovet adları milli adlar ilə əvəzləndi
15:16 26.08.2026
Qırğızıstanda küçə adları dəyişdirildi - Sovet adları milli adlar ilə əvəzləndi