YAP parlamentdəki deputatlarını təcili iclasa çağırdı - bu saatda

YAP parlamentdəki deputatlarını təcili iclasa çağırdı - bu saatda
SİYASƏT
11:32 28.11.2019
3903
Bu gün Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisdə təmsil olunan deputatlarla görüş keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, YAP sədr müavini – icra katibi Ə.Əhmədov görüşdə Siyasi Şuranın bu gün keçiriləcək təcili toplantısında qəbul olunan qərarlarla bağlı məsələləri deputatların ünvanına çatdıracaq. 

Qeyd edək ki, toplantı bu gün saat 14:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Qərərgahında keçiriləcək.
OXŞAR XƏBƏRLƏR