AZXEBER.COM portalı mövzuyla əlaqədar Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevlə əlaqə saxlayıb. Paşayev qeyd edib ki, mütəxəssislər bu problemi aradan qaldırmağa çalışır: “Saytımız hakerlər tərəfindən ələ keçirilib. Artıq bir neçə saatdır ki, mütəxəssislər problemi aradan qaldırmağa çalışırlar. Hələlik saytın tam olaraq nə vaxt düzələcəyi haqda məlumat verə bilməyəcəm"
Hüseyn Paşayev saytın kim tərəfindən hak olunduğu haqda isə bunları deyib: "Saytın kimlər tərəfindən çökdürülməsi məsələsinə gəldikdə isə saytımıza daxil olub oradakı şüarlara, şəkillərə baxsaz hər şey sizə aydın olar".
Gülnarə Bayramova