YAP Sumqayıt şəhər Gənclər Birliyi 'Gənclər Günü' ilə bağlı tədbir keçirdi - FOTOLAR

GƏNCLİK
14:23 01.02.2013
3560
YAP Sumqayıt şəhər Gənclər Birliyi “Gənclər Günü” ilə əlaqədar tədbir keçiribYAP Sumqayıt şəhər Gənclər Birliyi “Gənclər Günü” ilə əlaqədar tədbir keçirib. Sumqayıt YAP gəncləri ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Daha sonra Sumqayıt şəhər Tarix muzeyinin akt zalında “Gənclər Günü” ilə əlaqədar tədbir keçirilmişdir.Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov, YAP Sumqayıt Şəhər təşkilatının şöbə müdiri Vəzirxan Ənsərov, YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov , Sumqayıt şəhərinin bir sıra idarə və müəssisələrində çalışan və Yeni Azərbaycan Partiyasının işində fəallıq göstərən gənclər iştirak etmişlər.YAP Sumqayıt şəhər Gənclər Birliyinin sədri Elmar Məmmədov tədbiri açıq elan edir və qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanda coxlu sayda istedadlı gənc yetişir və hər bir gəncin uğuru, parlaq gələcək üçün bünövrədir, gənclər siyasətin təməlini Ulu Öndər Heydər Əliyev qoymuşdur. Son 20 il ərzində Azərbaycanda gənclər siyasəti çox uğurla həyata keçirilir. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişir, ölkəmizin həyatında mühüm rol oynayır və aparıcı qüvvəyə çevriliblər. Ölkə başçısı İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir” . Sonda Sumqayıt YAP Sumqayıt şəhər Gənclər Birliyinin fəaliyyəti haqda tədbir iştirakçılarını qısa məlumat verilmişdir.Məruzə üçün söz AMİ Sumqayıt filialının GB sədr müavini Amal Əsgərova verilib. O, çıxışında Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd etdi. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. 1997-ci il fevralın 1-də “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmış, həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.Çıxış üçün söz YAP Sumqayıt şəhər Gənclər Birliyinin üzvü Pərzad İsmayılova verilib. O, çıxışında Gəncliyin gözəllik, yeni sabahlara işıqlı bir yol olduğunu qeyd edib. Bu yolun yolçuları hər zaman dayanmadan çətinlikləri dəf etməyə çalışır, əzmkarlıq göstərirlər. Gənclik-insan yaşının ən parlaq səhifəsidir deyə Pərzad İsmayılova əlavə edib.Daha sonra tədbir iştirakçılarının təklifləri və fikirləri səsləndirildi.Yekun söz üçün YAP Sumqayıt şəhər təşkilatının sədr müavini - Elmar Xəlilova verilib. O, çıxışında Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyduğunu qeyd etdi. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirilməsi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm veririlməsi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirilməsi bariz nümunədir. Azərbaycan gəncliyinin ölkənin inkişafında fəal iştirak etdiyini, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib: “Azərbaycan gənci hər sahədə öz dəst-xətti ilə seçilir. Bugünkü Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir. Bu gənclik imkan verməyəcək ki, Azərbaycanın inkişafı dayandırılsın”.Qeyd edək ki, tədbirin sonunda YAP Sumqayıt şəhər təşkilatının aktiv gəncləri fəxri fərmanlarla təltif edilib.

OXŞAR XƏBƏRLƏR