Fəlakətdən ən çox zərər çəkmiş prefekturanın polis rəisi Naoto Takeutinin dediyinə görə, qurbanların sayı həddən ziyadədir.
"Ölənlərin sayının 10 min nəfərdən çox olduğuna zərrə qədər şübhə etmirəm," - Takeuti deyib.
Yaponiyanın Baş Polis İdarəsi isə bildirib ki, ölkənin şimal-şərqində ölənlərin sayı 2 min nəfəri keçib.
"Yomiuri" xəbər verir ki, Yaponiya hökumətinin baş katibiYukio Edano "Fukusima-1" atom-elektrik stansiyasının 3-cü nüvə reaktorunda yeni partlayışın baş verəcəyini istisna etmir.
Bu gün səhər reaktorun fövqəladə soyutma sistemi sıradan çıxıb. İndi reaktorun soyudulması üçün dəniz suyundan istifadə edilir.
Sözügedən AES-in 1-ci reaktorunda şənbə günü partlayış baş vermişdi. Partlayış nəticəsində reaktorun üst örtüyü sıradan çıxsa da, nüvə reaktorunun yerləşdiyi metal konteynerə heç nə olmayıb.
"Fukusima-1" AES-indəki qəza nəticəsində radioaktiv şüalanmaya məruz qalanların sayı 187 nəfərə çatıb.
Miyaqi prefekturasındakı "Onaqava" atom-elekt rik stansiyasının ətrafında da radiasiya fonu normadan on dəfələrlə artıqdır.