Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Tokionun sanksiyalar siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, eləcə də Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib.
Eyni zamanda Yaponiya Rusiya ilə əlaqəli olduğuna inandığı 35 gəmiyə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Yaponiyanın sanksiyalarına VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və "Rostex” şirkətinin rəhbərinin müavini Dmitri Lelikov da məruz qalıb.











































