Yaponiyada bir şəhərdə 10 min nəfər yoxa çıxıb

Yaponiyada bir şəhərdə 10 min nəfər yoxa çıxıb
Bütün Xəbərlər
15:58 12.03.2011
1542

  Zəlzələ və sunami fəlakəti ilə üzləşmiş Yaponiyanın Minamisanriku liman şəhərində 9,5 min sakin itkin düşüb. Bunu yerli hakimiyyət orqanları bildirib. Şəhərin ümumi əhalisi 17 mindən bir qədər çoxdur. “France Presse” şəhərdə itkin düşənlərin sayının 10 mindən çox olduğunu xəbər verib. 

Qeyd edək ki, Yaponiyada zəlzələ və sunami nəticəsində ölənlərin nə dəqiq, nə də təxmini sayı hələ bəlli deyil.

 

OXŞAR XƏBƏRLƏR