Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı 100 min nəfərə yaxınlaşıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Son bir il ərzində ölkədə 100 yaşını tamamlayanların sayı 4644 nəfər artaraq rekord həddə çatıb. Bu, son 55 ildə qeydə alınan ən yüksək göstəricidir.
Hazırda Yaponiyada rəsmi qeydiyyata alınmış 100 yaşlı və daha yaşlı 99 763 nəfər var. Onlardan 87 784 nəfəri qadın, 11 979 nəfəri isə kişidir. Ölkənin ən yaşlı sakinlərinin 88 faizini qadınlar təşkil edir.
Yaponiyanın ən yaşlı insanı 114 yaşlı Siqeko Kaqava 1911-ci ildə doğulub və Nara prefekturasının Yamatokoriya şəhərində yaşayır. Ən yaşlı kişi isə 111 yaşlı Mizu no Kiesi Taka olub və o, Sidzuoka prefekturasının İvata şəhərində yaşayır.
BMT-nin məlumatına görə, hazırda dünyada 100 yaş və daha artıq yaşı olan təxminən 630 min insan var. Bu da o deməkdir ki, Yer kürəsində hər altıncı yüz yaşlı şəxs Yaponiyada yaşayır.
Alimlərin fikrincə, XX əsrdə müşahidə olunan ömür uzunluğundakı misilsiz artım son dövrlər əhəmiyyətli dərəcədə yavaşlayıb. Tədqiqatçılar hesab edir ki, 2000-ci ildən əvvəl doğulmuş heç bir nəsil, orta hesabla 100 yaşa çatmayacaq.
/// Axşam.az