Tədbirdə millət vəkili Ceyhun Osmanlı, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qəzili kənd xəstəxanası ümumi əhalisi 12 min nəfərdən artıq olan 5-Qəzili, Quruzma, Qaraqaşlı, Yenikənd və Kovlar kəndinə xidmət göstərəcək.
Qəzili kənd sahə xəstəxanası bütün tibbi standartlara cavab verəcək 15 çarpayıdan ibarətdir. Xəstəxanada doğum otağı, peyvənd otağı, manipulsiya otağı, ailə həkimi, mətbəxt və s. fəaliyyət göstərəcək 5 kəndlə yanaşı, Hacıqabul rayonun yaxın kəndləri də bu xəstəxanadan istifadə edəcək.
1968-ci ildə tikilən xəstəxana 5 il bundan öncə yandığından yararsız vəziyyətdə fəaliyyət göstərirdi.
Millət vəkili Ceyhun Osmanlı növbəti xəstəxananın Axıska kəndində tikiləcəyini bildirib.
Yaponiyanın səfiri Şusuke Vatanabe isə tikilən xəstəxananın kənd yeri üçün nümunəvi olduğunu dilə gətirib. Səfir yaxın vaxtlarda digər kəndlərdə də belə layihələrin gerçəkləşəcəyini bildirib.