Yaradıcı şəxslər mükafatlandırıldı

Yaradıcı şəxslər mükafatlandırıldı
MEDIA
13:15 28.12.2013
4265

Bakıda bir sıra ictimai xadimlər, KİV nümayəndələri və başqa yaradıcı şəxslər mükafatlandırılıb. AZXEBER.COM xəbər verir ki, tədbirin təşkilatçısı “Üçüncü sektor” İctimai Birliyi olub. İB-in təsis etdiyi diplomlar sahiblərinə təqdim olunub.

Mükafat alanlar sırasında tanınmış rejissor və aparıcı Elman Telmanoğlu da olub. O, televiziyada göstərdiyi peşəkar rejissorluq və aparıcılıq fəaliyyətinə görə “İlin yaradıcı Personası” nominasiyası ilə təltif olunub.

Qeyd edək ki, tədbiri Zabir Əliyev və Sədaqət Rəşidqızı aparıb.

OXŞAR XƏBƏRLƏR