ANS-in Qarabağ bürosundan verilən məlumata görə, cəbhənin təmas xəttində Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində başından güllə yarası alan Azərbaycan Ordusunun zabiti Pərviz Əliyevə Ağcabədidəki hərbi hospitalda ilkin tibbi yardım göstərilib. Sonra yaralı zabit “Təcili Tibbi Yardım” maşını ilə paytaxtdakı Hərbi Hospitala göndərilib. Pərviz Əliyevin vəziyyətinin qənaətbəxş olduğu deyilir.Qeyd edək ki, 3 ay bundan əvvəl həmin ərazidə Azərbaycan ordusunun bir zabiti də Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi ilə şəhid olmuşdu.