Yaralı əsgərlərə kömək edən cərrah: “Dedi, övladımı qucağıma almamışam, qolumu kəsmə” - FOTO

Yaralı əsgərlərə kömək edən cərrah: “Dedi, övladımı qucağıma almamışam, qolumu kəsmə” - FOTO
SOSİAL
18:28 16.12.2020
8248
"Döyüş bölgəsinə çatanda təcili tibbi yardım və hərbi maşınlar yaralıları xəstəxanaya çatdırırdı.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, yerli əhali də xəstəxananın qarşısına toplaşaraq yaralıların daşınmasına kömək edirdi. Vaxt itirmədən Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovla görüşərək ona gəlişimin məqsədi barədə məlumat verdim.

Dərhal cərrahiyyə formamı geyinərək fəaliyyətə başladım. Gətirilən yaralı əsgərlər ambulansdan düşürülən kimi çeşidləmə aparılır, yaraların ağırlıq dərəcəsindən asılı olaraq ya təcili yardım, ya da əməliyyatxana otağına yerləşdirilirdi.

Xəstəxananın ultrasəs cihaz, rəqəmsal rentgen, digər müasir cihazlarla təmin edilməsi yaralılara yüksək səviyyədə tibbi yardım etməyimizə yardımçı olurdu”.

Bu sözlər İkinci Qarabağ Müharibəsində yaralı əsgər və zabitlərə tibbi yardım göstərən fədakar həkimlərdən biri, Azərbaycan Tibb Universitetinin III cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, Tədris Cərrahiyyə Klinikasının Plastik cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayevə məxsusdur.

O, sentyabrın 27-də Vətən Müharibəsinin başlaması ilə əlaqədar Tibb Universitetinin və Tədris Cərrahiyyə Klinikasının rəhbərliyinin xeyir-duası ilə könüllü olaraq ön cəbhəyə yollanıb.

O, bütün bunlar barəsində universitetin mətbuat xidmətinə verdiyi müsahibədə danışıb. Həkim təəssüratlarını bölüşərkən deyib:

"Yaralılara xidmət göstərən xəstəxananın yaxınlıqda yerləşən Füzuli Diaqnostika Mərkəzində III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov da yaralılara tibbi yardım göstərirdi.

O, ən çətin anlarda məsləhət və yardımını bizdən əsirgəmir, həmişə yanımızda olurdu. Yardım göstərilən yaralılar yenidən çeşidlənərək döyüş bölgəsindən ya paytaxta, ya da digər rayonlarda təşkil olunmuş hospitallara təxliyyə olunurdu”.

Həkim M.Abdullayev gün ərzində xəstəxanaya təxminən 80-150 yaralının qəbul edildiyini və fəaliyyət göstərdiyi 16 gün ərzində həkim briqadası tərəfindən 1000-dən çox yaralıya tibbi yardım göstərildiyini bildirib.

O, həmin günlərdə baş verən təsirli və duyğulu məqamlara da toxunub:

"Əsgərlərdə yüksək döyüş ruhu, vətənpərvərlik hissi hökm sürürdü. Müalicə olunan əsgər və zabitlər yaralarının tez sağalmasını və yenidən döyüş meydanına qayıtmağı istəyirdilər. Çoxsaylı xəbərdarlıqlarımıza baxmayaraq, bir cəbhə komandirinin ayağının yarası sarınan kimi, axsaya-axsaya döyüşə qayıtmasını heç cür unuda bilmirəm. Öz yarasını unudub, yanındakı yaralıya yardım göstərməyimizi tələb edən əsgərlə necə öyünməmək olar?

Bir epizod da gözümün önündən getmir. Sağ qolundan güllə yarası almış əsgərə yardım göstərərkən amputasiya olunmasından ehtiyat edərək, "Həkim, mən döyüşə gələndən sonra övladım dünyaya gəlib. Onu qucağıma almamışam, qolumu kəsmə!” - deyən əsgərin arzularını eşidəndə necə duyğulanmamaq olar?”

Tarixi zəfərlə başa çatan Vətən Müharibəsində qəhrəman əsgər və zabitlərimizə tibbi xidmət göstərən Mirsaleh Abdullayev bütün bunları özünün mənəvi borcu hesab edir. Onun atası Miryaqub Abdullayev də tibbi xidmət mayorudur, Birinci Qarabağ Müharibəsində iştirak edən Vətən müdafiəçilərinə tibbi yardım göstərib. İndi o, atasının yolunu davam etdirir.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
15:01 03.03.2026
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu