Yardımlıda 62 yaşlı kişi qayadan yıxılaraq öldü

Yardımlıda 62 yaşlı kişi qayadan yıxılaraq öldü
HADİSƏ
09:29 08.04.2025
305
Yardımlı rayonunda kişi qayadan yıxılıb.
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, rayonun Peştəsər kənd sakini, 1963-cü il təvəllüdlü Qasımov Ədalət Bayraməli oğlu kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılıb.

Nəticədə Ədalət Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq "Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 62 yaşlı kişi ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR