Yardımlıda saxlanılan şəxsdən tapança aşkarlanıb - FOTO

Yardımlıda saxlanılan şəxsdən tapança aşkarlanıb - FOTO
HADİSƏ
09:17 18.04.2025
333
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 44 yaşlı əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Ağarəşidov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, həmin şəxsdən "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.

Faktla bağlı cinayət işi bașlanılıb, R.Ağarəşidov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR