“Yaşadıqlarımız bir-bir gözümün önündən keçir” - Aygün Kazımova

MAQAZİN
14:26 21.10.2020
1547
Xalq artisti Aygün Kazımova Zəngilan rayonunun işğaldan azad olunmasından yazıb.

AZXEBER.COM xəbər verir ki, sənətçi sevincini "İnstagram” səhifəsində bölüşüb:

"Qarabağımızın hər kəndi, hər şəhəri gözəldir. Amma Zəngilan və Qubadlının adı gələndə başqa hisslər keçirirəm. Vətən sevgisi, həyəcan, itkilərimiz... Yaşadıqlarımız bir-bir gözümün önündən keçir.

Zəngilanımızın qayıdışı mübarək olsun! Tezliklə Ali Baş Komandamızın dilindən Qubadlının, Şuşanın, Laçının, Xocalının, Xankəndinin işğaldan azad olması xəbərini eşidək!"

OXŞAR XƏBƏRLƏR