Yasamal polisi cinsi azlıqların qarşısını ala bilmədi - FOTOLAR

Yasamal polisi cinsi azlıqların qarşısını ala bilmədi - FOTOLAR
Bütün Xəbərlər
13:10 04.07.2014
6603
Cinsi azlıqlar yenidən Moskva prospektinə cəm oldular
Yasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinlərinin şikayətindən sonra polis cinsi azlıqları həmin ərazidən yığışdırsa da, bu ünvana cinsi azlıqlar yenidən gəliblər. 
Bu barədə sakinlər məlumat veriblər. Reportyor əraziyə yollanarkən şahidi olub ki, cinsi azlıqlar polisin gözü qarşısında Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər.
Sakinlər bildirdilər ki, onlar ictimai əxlaqsızlıqdan gecələr yaşadığımız ərazidə hərəkət edə bilmədiklərindən bu dəfə Prezident Administrasiyasına gedərək şikayət edəcəklər.
Qeyd edək ki, sakinlər bir müddət öncə Prezident Administrasiyasına və Yasamal rayon İcra Hakimiyyətinə müraciət edərək, tabeliklərində olan polis orqanlarına ərazini daimi nəzərətdə saxlaması üçün tapşırıq verilməsini istəmişdilər.
///Bizimyol
OXŞAR XƏBƏRLƏR