DYP hadisə ilə bağlı açıqlama verməyib.
Bakıda sürücü özbaşınalığı ilə bağlı videogörüntü yayılıb.
AZXEBER.COM-un Musavat.com-a istinadən verdiyi xəbərə görə, radio aparıcısı Tural Yusifovun paylaşdığı videodan görünür ki, “VAZ-2107” markalı avtomobil birtərəfli yolda qarşı hərəkət zolağına çıxır, qəza şəraiti yaradır, üstəlik iki piyadanı vurmaqdan çətinliklə qaçır.
Videodan görünür ki, hadisə Şərifzadə küçəsində çəkilib.
Hələlik, Dövlət Yol Polisi hadisə ilə bağlı açıqlama verməyib və sürücünün cəzalandırılıb-cəzalandırılmadığı məlum deyil.